Məhkəmə prosesləri mürəkkəb və tələbkar ola bilər, bu səbəbdən hüquqlarınızın qorunması və ədalətli nəticələrin əldə edilməsi üçün peşəkar dəstək vacibdir.
Komandamız məhkəmədən əvvəl və ya məhkəmə prosesləri zamanı hüquqi və fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün qanunvericilik əsasında iddiaların qaldırılması və ya onlara qarşı qaldırılmış iddialarda müdafiənin təşkil olunmasında böyük təcrübəyə malikdir. Partnyor vəkillərimiz mülki, kommersiya və inzibati işlərdə nəzəri və praktik bilikləri sayəsində müştərinin hüquq və mənafelərinin qanunvericilik əsasında müdafiəsini təşkil edir və illər boyu bu mövzuda müsbət nəticələr göstərmişdir.
Müştərilərin məhkəmələrdə müdafiəsi üzrə hüquqi xidmətlərimiz çərçivəsində, müştərilərimizi məhkəmə iclaslarında təmsil edirik, onların hüquqlarını müdafiə edirik və iddia ərizələrinin hazırlanması, şikayətlərin verilməsi və məhkəmə qərarlarının icrası kimi hüquqi məsələləri həll edirik. Mütəxəssislərimiz, məhkəmə prosesinin hər mərhələsində müştərilərimizə hüquqi dəstək verərək, onların maraqlarını ən yüksək səviyyədə qoruyur.
BERC&Partners olaraq, məhkəmə proseslərində hüquqlarınızın müdafiəsi və maraqlarınızın qorunması üçün tam hüquqi dəstək təmin edirik. Biz, müştərilərimizin məhkəmə işlərini peşəkar şəkildə idarə etmək və onların hüquqlarını ən yaxşı şəkildə qorumaq üçün yanınızdayıq.