“BERC&Partners” şirkətinin korporativ sosial məsuliyyət proqramı çərçivəsində “Gələcəyə Körpü Klubu” təsis edildi.

Cəbrayıl rayonu və Qarabağın digər rayonlarından olan gənclərin potensialının inkişafına və reallaşdırılmasına dəstək olmaq, onların dinamik dəyişən dünyada uğur qazanmağına kömək etmək, eləcə də Qarabağa qayıdış proseslərinin daha səmərəli təşkilinə töhfə vermək məqsədilə Cəbrayıl rayonundan ziyalıların, iş adamlarının, aparıcı şəxslərin, həkimlərin, gənclərin və bu proseslərə könüllü dəstək vermək istəyən digər sakinlərin iştirakı ilə görüş keçirilmişdir.

Bu proseslərin daha effektiv təşkili, davamlılığının təmin olunması və koordinasiyanın gücləndirilməsi üçün “Gələcəyə Körpü Klubu” təsis edilmişdir. Klubun fəaliyyətinin səmərəli təşkili və icrası üçün “Koordinasiya Mərkəzi” və “Himayədarlar Şurası”nın yaradılması qərara alınmışdır.

“Gələcəyə Körpü Klubu” layihəsi 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Milli Məclisin deputatı Ceyhun Məmmədov, “BERC&Partners” şirkətinin həmtəsisçisi Kənan Ağayev və digər sakinlərin təşəbbüsü ilə “BERC&Partners” şirkətinin korporativ sosial məsuliyyət proqramı çərçivəsində yaradılmışdır.

Klub çərçivəsində bir sıra tədbir və fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərə gənclər üçün ustad dərsləri (master class), uğur qazanmış insanlarla əlaqələrin qurulması və məsləhətlərin alınması, müxtəlif layihələrdə iştirak imkanlarının yaradılması, innovativ ideyaların gerçəkləşdirilməsinə dəstək göstərilməsi, eləcə də bölgə sakinləri arasında təmas və əlaqələrin gücləndirilməsi daxildir.

Layihə bütün gənclər üçün açıq olmaqla yanaşı, əsas diqqət Qarabağa və Şərqi Zəngəzura qayıdışla bağlı fəaliyyətlərin dəstəklənməsinə yönəldiləcək. Bu məqsədlə həmin bölgələrdən olan layihələrə və iştirakçılara üstünlük verilməsi nəzərdə tutulur.

“BERC&Partners” şirkətinin həmtəsisçisi Kənan Ağayev layihə ilə bağlı geniş təqdimat edərək iştirakçılara ətraflı məlumat verib. Milli Məclisin üzvü Ceyhun Məmmədov layihənin əhəmiyyəti, zəruriliyi və perspektivləri barədə çıxış edərək Qarabağa və Şərqi Zəngəzura qayıdışın, eləcə də davamlı inkişafın təmin olunmasında dövlət dəstəyi ilə yanaşı, cəmiyyətin hər bir üzvünün – xüsusilə də müxtəlif bilik, bacarıq və təcrübəyə malik şəxslərin töhfəsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Texnika elmləri doktoru Əhməd Məmmədov, Natiq Paşa, Eldar Həmzıyev, Mahmud İsmayılov, Ramil Səfərov, Anar Cəbrayıllı və digər iştirakçılar çıxış edərək layihənin əhəmiyyəti və zəruriliyini qeyd etmiş, hər kəsin dəstəyinin vacibliyini qeyd etmişlər.

Tədbirdə Qarabağ bölgəsindən olan, müxtəlif sahələrdə – biznes, tibb, təhsil və jurnalistika sektorlarında uğur qazanmış tanınmış şəxslər iştirak ediblər.

CONTACT US

Contact us for comprehensive business services.

We are happy to answer any questions you may have and help you determine which of our services best suit your needs.

What topics can you apply for?
How do we process applications?
1

Applications are refined and forwarded to the appropriate department.

2

An appointment is made using the contact information provided.

3

The relevant application is discussed during the meeting.

Write to us for consultation
BERC&Partners logo

Change the language of the site

İnkubasiya və akselerasiya mərkəzi xidmətləri

Business studies and reports

Organization and management of private investments in business

Business evaluation and scoring services