fbpx
Skip links

Dünya Bankı maliyyə çatışmazlığı problemi ilə bağlı yeni yanaşma təqdim edir

İnkişafda olan ölkələr qlobal iqtisadi artımın zəifləməsi, ABŞ və Avropada faiz dərəcələrinin qalxması səbəbilə ciddi çağırışlarla üz-üzədir.

Bu fikirləri Dünya Bankının prezidenti Devid Malpass 23 mart 2023-cü ildə Strateji və Beynəlxalq Tədqiqatlar mərkəzində çıxışı zamanı səsləndirib və əlavə edib ki, hal-hazırda kapitalın böyük bir hissəsi inkişaf etmiş ölkələrin dövlət borcunun ödənilməsi və bank sektoru üçün ayrılır.

original 1r9t
Devid Malpass. Dünya Bankının prezidenti. James Lawler Duggan / Reuters

 

Onun sözlərinə görə, inkişaf etmiş ölkələrə ancaq konfliktlərin həlli, pandemiyanın nəticələrinin aradan qaldırılması, epidemiyalarla mübarizə və iqlim xərclərinin ödənilməsinə önümüzə gələn 7 il müddətində illik 2,4 trilyon dollar lazım olacaq.

Dünya bankının inkişafda olan ölkələrdə maliyyə çatışmazlığı probleminin həllinə yönəlmiş yeni yanaşması 3 dayaq nöqtəsinə əsaslanır.

Birinci – sərfəli şərtlər yaratmaqla ölkəyə özəl kapital axınını stimullaşdırmaq. Makroiqtisadi stabilliyə çatmaq üçün ənənəvi yardımlardan əlavə Dünya Bankı özəl kapital cəlb edilməsinin və kapital bazarının inkişafının qarşısını alan maneələri və kapital bölüşdürülməsinə təsir göstərən bazar təhriflərini sistematik olaraq aşkara çıxaran genişmiqyaslı təhlil aparacaq.

Belə bir təhlilin nəticəsi hər ayrıca götürülmüş ölkə üçün maliyyə bazarının inkişafı, şəffaflıq və sərmayə cəlbediciliyi ilə bağlı çoxillik proqramın hazırlanması olacaq.

İkinci – inkişafda olan ölkələrdə sərmayəçilər üçün cəlbedici infrastruktur təşəbbüslərinin çatışmazlığı problemini həll etmək üçün hərtərəfli sərmayə layihələri toplusunun yaradılması. Məsələn, bu, enerji resurslarının, rəqəmsallaşmanın əlçatanlığının artırılması, sahibkarların kapitala çıxışını asanlaşdırmaq ola bilər.

Üçüncü – inkişaf etmiş ölkələrdə infrastruktur layihələrinə yatırım etmək istəyən institusional sərmayəçiləri birləşdirmək üçün alətlərin yaradılması. Xüsusilə, bu ölkələrin müxtəlif borc aktivlərini sərmayə səviyyəsinin reytinqini də göstərən bir məhsul paketində birləşdirmək. Lakin bu mexanizmlərin optimal effekt verməsi üçün bazar islahatlarının olması labüddür.

Paylaş

Digər yazılar

Yeni dövlət standartları qəbul edildi

2022-ci ildə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 68 yeni dövlət standartı qəbul edilib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin